Yunanıstan XİN: "İbadət yerlərinin və dini qurumların təhlükəsizliyi təmin edilməlidir"

img

20-10-2023 [14:19]


"İbadət yerlərinin və dini qurumların təhlükəsizliyi təmin edilməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı tarixi yunan kilsəsini bombalaması barədə bəyanatında deyilir.

Nazirliyin rəsmi saytında yer alan açıqlamada Qəzzada monastıra sığınan insanların həyatları ilə vidalaşmasından dərin kədər hiss ifadə olunub: "Mülki əhalinin müdafiəsi, eyni zamanda, ibadət yerləri və dini qurumların təhlükəsizliyi bütün tərəflər tərəfindən təmin edilməlidi".

Xatırladaq ki, dünən İsrail ordusu məcburi köçkün fələstinlilərin Qəzzada sığındığı tarixi Müqəddəs Porfirius Yunan Pravoslav Kilsəsinə hava zərbəsi endirib, nəticədə azı 8 nəfər ölüb, onlarla insan dağıntı altında qalıb.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR