Səudiyyə vəliəhdi: "1967-ci il sərhədlərinə uyğun olaraq Fələstin dövləti yaradılmalıdır"

img

20-10-2023 [13:03]


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailin Fələstinə hücumları ilə bağlı açıqlama verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkə mətbuatına açıqlamasında İsraildən bombardmanı dərhal dayandırmağı tələb  etməklə yanaşı, dünyanı Qəzzaya humanitar yardımlarIn çatdırılması üçün birgə addımlar atmağa çağırıb.

Məhəmməd bin Salman daha sonra problemin həll yolu ilə bağlı İsraili qəzəbləndirəcək təklif verib: "1967-ci il sərhədlərinə uyğun olaraq, Fələstin dövləti yaradılmalıdır. Bu, hamı üçün təhlükəsizlik və rifahı təmin edəcək həll yoludur".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA