Xədicə İsmayıl: "Tiroid xərçəngindən əməliyyat olunmuşam, efirə çıxmağa səs tellərim imkan vermir"

img

20-10-2023 [11:57]


"Bir neçə aydır, görünmürəm. Səhhətimlə bağlı problemlər var, həll edirəm. Tiroid xərçəngindən əməliyyat olunmuşam. Hər şey yaxşı olacaq".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Xədicə İsmayıl sosial media hesabında yazıb.

O bildirib ki, artıq işə çıxır: "Amma efirdə deyiləm. Səs tellərimin durumu imkan vermir. Müsahibə də verə bilmirəm. Üzrlü sayın".

Jurnalist daha sonra yarızarafat yazıb: "Məsələyə müsbət tərəfdən baxaq: artıq istəsəm də gəvəzəlik edə bilmərəm".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq