Saxta xəbər torundan necə qorunaq? – Film təqdim edildi (VİDEO)

img

19-10-2023 [20:46]


“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Saxta xəbər torundan necə qorunaq - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində maraqlı sosial çarx (qısa film) hazırlayıb.

Mia.az xəbər verir ki, oktyabrın 19-da sosial çarxın təqdimatı keçirildi, həmçinin, layihənin yekunları, nəticələri barədə məlumat verilib.

Birliyin icraçı direktoru, layihə rəhbəri Elşad Məmmədli qeyd etdi ki, layihə çərçivəsində mediada 10-dan çox məqalə dərc edilib, Musavat.Tv-də, Missiya TV-də saxta xəbərlə mübarizəyə dair 3 debat təşkil olunub. Habelə, sosial şəbəkələrdə bu materiallar geniş şəkildə yayılıb.

E.Məmmədli bildirdi ki, çəkilən sosial çarxda fake news-in toruna düşməmək üçün nələr edilməli olduğuna dair izahlar verilib, yollar göstərilib.

Daha sonra sosial çarx nümayiş olundu.

Tədbirdə iştirak edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Media Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Mətbuat Şurasının İcraçı katibin müavini İlqar Tağıyev, Missiya.TV-nin rəhbəri Nicat Dağlar çıxış edərək bildirdilər ki, saxta xəbərlə mübarizə olduqca aktual məsələdir və bununla bağlı davamlı layihələr icra olunmalı, cəmiyyət bu yöndə maarifləndirlməlidir. Onlar bu sosial çarxın mediada, sosial şəbəkələrdə geniş yer almalı olduğunu qeyd etdilər.

Mia.az həmin sosial çarxı təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq