İranın xarici işlər naziri: "Region barıt çəlləyi kimidir, hadisələrin hər an nəzarətdən çıxma ehtimalı var"

img

19-10-2023 [18:00]


"Region barıt çəlləyi kimidir, hadisələrin hər an nəzarətdən çıxma ehtimalı var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclası ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, iclasda iştirak edən bütün ölkələrin xarici işlər nazirləri müharibəni ən qısa zamanda dayandırılması üçün çaba göstərəcəklərinə razıəlaşıblar: "İsrailin Fələstinə qarşı zorakılığı bölgəni barıt çəlləyinə çevriib. Hər an partlayış və hadisələrin nəzarətdən çıxma ehtimalı var. Ümid edirik ki, Qəzza xalqına qarşı törədilən hərbi cinayətlər ən qısa zamanda sona çatacaq".

İƏT toplantısına qatılanların müharibənin genişlənməsi ilə bağlı ciddi narahatlıqlarının olduğunu bildirən Abdullahiyan bildirib ki, hər kəs müharibənin ətrafa sıçramasından narahatdır: "Vəziyyət aydındır, belə bir hadisə hər an baş verə bilər".

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin XİN başçıları bölgədəki vəziyyətlə bağlı növbədənkənar iclas keçirib.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR