Lavrov Şimali Koreya lideri ilə 1 saat qapalı müzakirə aparıb

img

19-10-2023 [15:30]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, səfər çərçivəsində Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib.

Rusiya Rusiya ilə Şimali Koreya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü çərçivəsində baş tutan qəbul qapalı keçirilib.

Məlumata görə, qapalı görüş bir saatdan çox davam edib.

Lavrov Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ilə də görüşüb. 

Görüş zamanı ikitərəfli münasibətlər, cari məsələlər, o cümlədən bölgədəki vəzyyət müzakirə olunub. 

Hər iki nazir Asiya-Sakit Okean regionunda vəziyyətin gərginləşməsinə səbəb olan ABŞ-ın hegemon ambisiyalarına müqavimət göstərmək əzmində olduqlarını vurğulayıblar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR