Abdullah Avcı: ""Fənərbağça" və "Qalatasaray" yaxşı heyətlər qurub, ancaq..."

img

19-10-2023 [09:10]


Vaxtilə çempionluq qazandığı "Trabzonspor"a yenidən dönən baş məşqçi Abdullah Avcı mətbuat konfransında önəmli açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ""Trabzonspor"un olduğu yerdə daim rəqabət var", - deyən baş məşqçinin sözlərinə görə, matçlarda davamlı qalib gələrək, qalibiyyət seriyası əldə etməyə çalışacaqlar: "Bütün oyunlarda qalib gəlmək vərdişinə yiyələnəcəyik və bu, bizi yuxarılara aparacaq. Xatırlayırsınızsa, 2020/21 mövsümündə komanda 17-ci yerdə idi, ancaq biz 4-cü yerdə bitirdik. Ardıcıl 7 oyunluq qələbə seriyamız oldu, demək olar ki, zirvədə idik. İndi də belə edəcəyik. Qazanaraq avrokuboklara getmək hədəfimizdir. Qarşıda Türkiyə kuboku var, bu, çox əhəmiyyətli bir hədəfdir. Gələn il üçün də planlar qurmalıyıq. "Trabzonspor" bu gündən etibarən zirvəyə oynayacaq"

Turnir cədvəlində 1 və 2-ci yerləri bölüşən "Fənərbağça" və "Qalatasaray"la bağlı isə təcrübəli Baş məşqçi  belə proqnoz verib: "Hər iki klub  yaxşı heyətlər qurub, bahalı heyətləri var. Ancaq qələbə seriyalarında qırılma mütləq olacaq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR