"Qalatasaray"ın keçmiş Baş məşqçisinin köməkçilərinə "Beşiktaş"da vəzifə verildi

img

13-10-2023 [09:15]


"Beşiktaş" klubu baş məşqçi Burak Yılmaza yeni köməkçilər təyin edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Məlumata görə, Hari Vukas Burak Yılmazın köməkçisi olub.

Onunla yanaşı, Toni Modriç komandanın atletik təlimlər üzrə məşqçi vəzifəsinə gətirilib.

Xatırladaq ki, Baş məşqçi İqor Tudor 2016-2017 və 2017-2018 mövsümlərində "Qalatasaray"a rəhbərlik edərkən Hari Vukas və Toni Modriç onun köməkçiləri olublar.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR