Netanyahu hökuməti: "İsraildən Qəzzaya yardım buraxılmayacaq, ancaq Misirdən çatdırılmasına mane olmayacağıq"

img

18-10-2023 [20:20]


"Misirdən Qəzzaya humanitar yardımın çatdırılmasına mane olmayacağıq".

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, İsrail hökuməti ABŞ prezidenti Co Baydenin əsas humanitar yardım tələbi fonunda bu gün iclas keçirərək, bu qərardə yekdil qərar veriblər.

Qərara əsasən, Qəzzadakı israilli əsirlər geri qaytarılmasa, İsrail öz ərazisindən Qəzza zolağına heç bir humanitar yardım göndərilməsinə icazə verməyəcək: "Ancaq Prezident Baydenin tələbinə uyğun olaraq, İsrail Qəzza zolağındakı mülki əhaliyə Misirdən gələn humanitar yardımın qarşısını almayacaq, bir şərtlə ki, bu yardım yalnız qida, su və dərmandan ibarət olsun və Həmas-a çatdırılmasın. 

HƏMAS-a yön alan istənilən material bloklanacaq”.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR