Aktrisa özünü güllələyən "Ana"sı haqqında danışdı: "Ondan çox şeylər öyrəndim"

img

18-10-2023 [14:39]


Aktrisa Buse Sinem İren parkda özünü güllələyərək öldürən "Çocuk Duymasın" serialında "ana"sı rolunu oynayan Seda Fettahoğlu haqqında danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Haberler.com" studiyasında qonaq olan aktrisa Buse Sinem İren "ana"sı rolunu oynayan Seda Fettahoğlu haqqında danışmaqda çətinlik çəkdiyini deyib: "Onun ölüm xəbərini eşitmək çox ağır oldu. Çox adam mənə "Serialda anan rolunu oynayan qadın öldü, ancaq sən heç nə paylaşmadın" dedi. Baxın, mən qardaşım və əmim öləndə də heç paylaşmadım. Seda öləndə də paylaşa bilmədim. Bu, asan deyil. Elə şeylər var ki, onu etmək hər adam üçün asan deyil. Seda yoxdur artıq. Seda unudulmayacaq dost idi. Sedaya sonsuz hörmətim vardı. Ondan cox seylər öyrəndim. Çox sevdiyim dost idi...".

Aktrisa daha sonra doluxsunaraq danışa bilməyib...

Xatırladaq ki, aktrisa ötən ay İstanbulda parkda özünü tapança ilə vuraraq öldürmüşdü. Həmin vaxtı bu intiharın səbəbi onun maddi zorluq içində olması ilə əlaqəli olduğu açıqlandı.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq