Türkiyədə məşhur aktyor və müğənnilər etiraza qalxdı: “Bu qətliama son verilməlidir" - FOTOLAR

img

18-10-2023 [10:44]


İsrailin Qəzzada yüzlərlə insanın ölümü ilə nəticələnən xəstəxananı bombalaması Türkiyədə məşhur aktyor və müğənniləri ayağa qaldırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir-birinin ardınca "savaşı durdurun, qətliama son verilsin" tipli paylaşımlar edən tanınmış sənətçilər dünyanı mülki əhalini bombalamasına qarşı səslərini ucaltmağa çağırıblar.

Mia.az onların paylaşımlarını təqdim edir:

Aktyor Sinan Albayrak: "Nə gözləyirik? İstanbul ayağa qalxmasa, dünya ayağa qalxmaz. Kimsə səsini çıxarmaz. Biz nədən qorxuruq? Qəzzanın tərəfindəyik, Fələstinin tərəfindəyik. Bu, bizim məsələmizdir”.

Oktay Kaynarca: "Bütün dünya bu qətliama müqavimət göstərməlidir. Təcili sülh qurulmalıdır" çağırışı edib.

Məşhur komediya usrtası (Receb İvedik) Şahan Gökbakar: "Günahsız uşaqların, qadınların və xəstələrin olduğu xəstəxananın bombalanması... Dünyanın gözü qarşısında baş verən bu qırğına son qoyulmalıdır. Çox üzücü və sarsıdıcıdır. Lənət olsun"

Bergüzar Korel: "Romantik paylaşımların o tərəfində bir xalq məhv edilir. Uşaqlar öldürülür! Görmürsünüzmü? Bu, müharibə deyil? Bu, soyqırımdır".

Engin Altan Düzyatan:  "Dilindən, dinindən, irqindən asılı olmayaraq günahsız insanların həyatını itirməsi qəbuledilməzdir. Mülki insanlara qarşı hücumlar ən qısa zamanda dayandırılmalıdır. Sülh həmişə prioritet olmalıdır".

Aktrisa Pelin Akil: "Xəstəxananı xüsusi olaraq hədəfə almaq nə deməkdir? Bu, insanlıq cinayətidir. Əllərinizi günahsızlardan, uşaqlardan çəkin...".

Burak Özçivit: "Savaşa yox! Xəstəxanaya vurmağın heç bir izahı ola bilməz. Bu çağda bu necə ola bilər? Ürək görüntülərə dözmür"

 Müğənni Mustafa Ceceli: "Bu qırğın bitməlidir. Xəstə, qoca, uşaq olmaqla minlərlə insan vəhşicəsinə qətlə yetirilir... Ayıbdır...".

Müğənni Hadisə: "Bu, müharibə deyil! Mülki insanları öldürmək, xəstəxanaları vurmaq müharibə cinayətidir

Ləman

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR