Mahmud Abbas İordaniyaya səfərini yarıda kəsdi - Baydenlə görüş olmayacaq?

img

18-10-2023 [00:42]


Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağında xəstəxanaya edilən hücumdan sonra İordaniyaya səfərini yarımçıq dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx sosial media hesabında açıqlama verib.

O bildirib ki, İordaniya, Misir, Fələstin və ABŞ liderlərinin bu gün nəzərdə tutulan dördtərəfli zirvə toplantısına qatılmaq üüçn Əmmanda olan prezident Mahmud Abbas geri dönüb.

"Əl-cezirə" kanalının məlumatına görə, Mahmud Abbbas Baydenin qatılacağı 4-lü zirvədə iştirak etməyəcək.

Xatırladaq ki, İsrail Qəzzada xəstəxananı vurub, nəticədə azı 500 adam ölüb, yüzlərlə yaralnın olduğu deyilir.

Mahmud Abbas bununla bağlı Fələstində üç günlük yas elan edib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR