İsrail Qəzzada xəstəxananı vurdu: 500-dən çox ölən var - Fələstində 3 günlük matəm elan olundu (VİDEO)

img

17-10-2023 [22:58]


İsrailin Qəzzada xəstəxananı bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

O bildirib ki, İsrailin Qəzzada xəstəxananı bombalaması nəticəsində ən azı 500 nəfər ölüb: "Ölənlərin çoxu körpə, uşaq və qadınlardır. Yüzlərlə yaralı var...".

Prezident Mahmud Abbas xəstəxanaya hücumdan sonra Fələstində 3 günlük matəm elan edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR