Türkiyə müdafiə naziri ​​Estoniyaya gedir - Məqsəd

img

17-10-2023 [15:55]


Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Estoniyanın paytaxtı Tallinə gedəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər sabah həyata keçiriləcək.

Məlumata görə, Estoniyanın müdafiə naziri Hanno Pevkur tərəfindən mərasimlə qarşılanacaq Gülərin səfəri iki ölkə arasında əməkdaşlıq imkanlarını daha da inkişaf etdirmək və iki ölkənin müdafiə sahəsində əməkdaşlığını maksimum dərəcədə artırmaq məqsədi daşıyır.

Səfər zamanı Estoniya ordusu üçün zirehli texnikanın alınmasına dair müqavilənin imzalanması planlaşdırılır.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR