Region Liqasının püşkatma tarixi bəlli olub

img

17-10-2023 [14:39]


AFFA Region Liqasının 2023/2024 mövsümünün iştirakçıları və püşkatma tarixi açıqlanıb.

Mia.az xəbır verir ki, oktyabrın 19-da yeni mövsümün püşkü atılacaq.

Saat 15:00-da başlayacaq tədbir AFFA-nın iclas zalında təşkil olunacaq.

AFFA Region Liqasında ümumilikdə 39 komanda mübarizə aparacaq. Klublar 4 zona üzrə çıxış edəcəklər. İştirakçılardan 18-i turnirdə debüt edəcək.

Mərkəz zonası: “Ərgünəş”, “Göyçay”, “Hacıqabul”, “Ağcabədi”, “Araz” (İmişli), “İsmayıllı”, “Mil”, “Ümid” (Saatlı).

Cənub zonası: “Biləsuvar”, “Ərkivan” (Masallı), “Lənkəran”, “Masallı”, “Neftçala”, “Qobustan”, “Zəfər 44”.

Şimal-Qərb və Qərb zonası: “Ağstafa Gəncləri”, “Balakən”, “Bərdə”, “Göyəzən”, “Qala” (Goranboy), “Qarxun” (Yevlax), “Şəki”, “VT Gəncə”.

Paytaxt və Şimal zonası: “Çinar Zəngilan”, “Cürət”, “Dirçəliş”, “Gənclər”, “Gənclik”, “Hypers”, İCBFA, “İrəvan”, “Lokomotiv Baku”, “Mübariz”, “Ramana” (Abşeron), “Record Club”, “Şimal” (Xaçmaz), “Şirvanovka”, ŞKGB (Xaçmaz), “Xanlıq” (Qubadlı).

Qeyd edək ki, püşkatmadan bir həftə sonra yeni mövsümün startı planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR