"Milan" qapını döydü: "Real Madrid" Arda Gülərlə bağlı hansı qərarı verəcək?

img

19-10-2023 [00:08]


Mövsümün əvvəlində "Fənərbağça"dan "Real Madrid"ə transfer olunan 18 yaşlı türkiyəli futbolçu Arda Gülər İtaliyaya yollana bilər.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, İtaliyanın "Milan" komandası Arda Güləri icarəyə götürmək üçün "Real"ın qapısını döyüb.

İspaniya mətbuatı yazır ki, Brahim Diazın gedişindən sonra yarımmüdafiə xəttini gücləndirmək istəyən "Milan" bu boşluğu Arda Gülərlə doldurmaq istəyir: "Bunun üçün "Milan" "Real Madrid"dən Arda Güləri icarəyə götürmək istəyir".

Xəbərdə deyilir ki, okrtaybrın sonu və ya noyabrın əvvəlində "Real"ın heyətində ilk oyununa çıxması gözlənilən Arda Gülərlə bağlı son qərarı klub prezidenti Florentino Peres verəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR