Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli rabitə xətti yaradılıb - Səbəb

img

17-10-2023 [12:34]


Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli rabitə xətti yaradılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya hökuməti məlumat verib.

Bildirilib ki, Cənubi Koreya, ABŞ və Yaponiya “Şimali Koreyanın artan hərbi təhdidləri və Çinin bölgədəki davranışları” fonunda yaradılan üçtərəfli rabitə xətti artıq işə salınıb.

Dövlət Agentliyi "Yonhap"a məlumat verən Cənubi Koreyalı bir səlahiyyətli deyib ki, Cənubi Koreya, ABŞ və Yaponiya arasında rabitə xətti ölkələrin texniki işçiləri tərəfindən sınaqdan keçirilib: "Xətt 3 ölkənin Milli Təhlükəsizlik Şuralarını birləşdirəcək və liderlərlə istənilən an yüksək səviyyəli təhlükəsiz audio və video əlaqə yaratmağa imkan verəcək".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR