Putin Çinə gedib

img

17-10-2023 [12:14]


Rusiya prezidenti Vladimir Putin Çinə səfər edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çində keçirilən 3-cü Bir Kəmər və Yol Forumunda iştirak etmək üçün bu gün səhər Pekinə yollanan Putin Çin dövlət başçısı Şi Çinpinqlə görüşəcək.

Xatırladaq ki, Rusiya lideri 600 günlük Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri ilk dəfə Çinə səfər edir.

Beynəlxalq və regional gərginliyin artdığı bir vaxtda səfərin iki ölkə arasında “hərtərəfli strateji tərəfdaşlıq koordinasiyası” kimi müəyyən edilən yaxınlaşmanı gücləndirəcəyi gözlənilir.

Putinin səfərində iki ölkə arasında “Bir kəmər və yol” əməkdaşlığı və iqtisadi əlaqələri, həmçinin Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə İsrail və Fələstin arasında gərginliyin artması ilə bağlı müzakirələrin aparılacağı istisna deyil.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR