İstədiyimiz bu Bayraq idi
16-10-2023 [11:48]
Əli CABBAROV,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Qalib ölkəmizin yaxın tarixi, onu yazanlar və bu tarixi öyrənənlər üçün müqəddəs olan üç rəngə mənəvi bağlılıq şanlı Bayrağımızla fəxr edib onunla zirvələri fəth etməyin nə qədər həyəcanlı bir hiss olduğunu hər kəsin ürəyində yaşatmaqdadır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev əlli milyonluq hər bir azərbaycanlının baş tacı olan üçrəngli Azərbaycan Bayrağını Xankəndi səmalarında ucaldaraq artıq bu torpaqlarda bir daha terrora, separatizmə yol verilməyəcəyini bəyan etməsi ilə bu həyəcanı birə-min daha da artırdı. Bu hamımızın gözlədiyi Bayraq idi!
Otuz il ərzində Qarabağda olmazın cinayətlər törətmiş və ötən ay keçirilmiş birgünlük antiterror əməliyatından sonra yaxalanmış erməni separatçılarının ədalət məhkəməsinə çıxarıldığı bu günlərdə Xankəndiyə mənsub olduğu ölkənin bayrağının gətirilməsi onsuz da olduqca sıx olan dünya gündəminə bir anda damğa vurmaqla aparıcı informasiya kanallarının da xəbər başlıqlarına da oturdu. İki yüz il əvvəl çar Rusiyasının Cənubi-Qafqazı işğal etməsi ilə başlayan və bütün bölgəni qana bulayan bədnam erməni xülyasının birdəfəlik sona çatması və yeni bir tarixi dövrün başlaması kimi də anons olunan bu mühüm tarixi hadisə ölkəmiz üçün üçqat bir sevinclə qeyd olunan əlamətdar gün kimi tarix səhifəsinə yazılacaq. Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley ilində və Prezident İlham Əliyevin dövlət başçımız seçilməsinin 20-ci ildönümü günündə Xankəndinin də Azərbaycan bayrağına qovuşması Uca Ədalətin nəhayət bərqərar olduğu gün kimi də yadda qalacaq.
Bu gün Azərbaycan Bayrağı dalğalanan hər yer bizim üçün vətəndir. İdman yarışında bayraq daşıyan xanımın əlindən Bayrağımızı qapıb qaçan hay töküntülərinin bir zamankı Fransa boyda iddialarından artıq əsər-əlamət belə qalmayıb. Adi günlərdə kiçik bir hadisəni böyüdüb fil boyda şişirdən erməni mediasının bu dəfə milçək kimi kiçilərək deməyə söz tapmaması hay dövlətinin əslində nə qədər cılız bir çərçivəyə sığışdığını dünyaya göstərir. Halbuki, Xankəndinə gətirilən Azərbaycan bayrağının yolçuluğu çox uzun və şərəflidir. Uca Şəhidlərimizin qanı ilə al rəngə boyanmış bu müqəddəs bayraq bir gün onu Qarabağın hər yerində ucaldacağına söz vermiş dövlət başçımız cənab İlham Əliyevin “Sözümüz imzamızıdır!” zəmanəti və “Qarabağ Azərbaycandır!” şüarı ilə şanlı bir Zəfər Yolu keçərək əvvəlcə Qarabağın incisi Şuşada, oradan da Xanın kəndində yüksəklərə çəkildi. Qarabağdan qara buludların çəkilməsi ilə mavi rəngin də səmalara hakim kəsilməsinə sevinən Günəş də bu günün ən gözəl gün olduğunu bayram edirdi. Bu bayramı yaşaya bilmək üçün uzun illər səbir etmiş Azərbaycan xalqı isə bu dövrdə təkcə öz iqtisadiyyatını və ordusunu gücləndirmədi.
Xankəndiyə qədər gələn yolda Azərbaycan Şimaldan və Cənubdan gələn təzyiqlərə dözüb, Minsk qrupu adlı qurumun nazı ilə də oynadı. Dövlət başçımızı bu dövrdə daxili islahatları bir gün belə daynadırmadan Qərbin topasaqqal ser və müsyolarına da demokratiya dərsi keçdi. İşğala məruz qalmış Azərbaycanın haqlı mövqeyini görməkdə kor qalan, ölkəmizin artan beynəlxalq nüfuzunu eşitməkdə kar olan Avropa və Amerikanın acığına hər keçən gün öz Prezidentinin ətrafında sıx birləşən xalqımızın artan inamı ilə sanki üst-üstə düşən tarixi hadisələr də günbəgün bizi Böyük Zəfərə yaxınlaşdırırdı. Türk dünyasının güclənməsi, qardaş Türkiyəni gülcü lideri ilə bir dünya ölkəsinə çevrilməsi, Avropada və dünyada siyasi konyunkturanın da Azərbaycanın xeyirinə dəyişilməsi ölkəmizin haqq mübarizəsində, Qarabağın işğaldan azad olunmasında şansımızı birə-beş artırırdı. Bütün bunlar və 44 günlük müharibə öncəsi Xankəndində yuvalanmış hay təlxəklərinin sərsəm bəyanatları və onlarla qol-qola girib yallı getməyə çalışan erməni baş nazirinin səy-səy çıxışları, əslində, Azərbaycan əsgərinin qarşısında nə qədər çürük bir cəmiyyətin və nə qədər qondarma ordunun dayandığını göstərirdi. Hal belə ikən hələ Aprel döyüşlərində qabığı çatlamış erməni hərb maşınının sükanı arxasında dayanan sərxoş cinayətkarların bir daha ayılmaması üçün başlarına endirilən Dəmir yumruq isə yüzillik bir xəstəliyə düçar olmuş erməni cəmiyyətinin də terapiyası üçün göydəndüşmə olacaqdı. Beləcə, bir vaxtlar az qala İrəvan parlamentindəki rüsvayçı silahlı basqını belə dırnaqarası soyqırım iddiası kimi dünya gündəminə ixrac etməyə çalışan iftiraçı erməni mediası bu gün Xənkəndində yüksələn Azərbaycan Bayrağı barədə danışmaqdan belə qorxmaqla öz layiq olduğu yerinə oturdu. Necə deyərlər: haradan-haraya!
Dünən dövlət başçımızın Xankəndində yüksəltdiyi üçrəngli bayrağımız artıq əmin əllərdədir. Torpaq bütünülüyü tam təmin olunmuş Azərbaycan beynəlxalq ictimaiyyətə köhnə dünyadan miras qalmış bütün dondurulmuş münaqişələrin bir an öncə necə ədalətlə həll olunması dərsini keçməklə bunun üçün nələr lazım olduğunu bir daha göstərdi. Müzəffər Ali Baş Komandan yetişdirdiyi vətənpərvər gəncliyin gücü ilə Qarabağ münaqişəsinə son nidanı qoymaqla gələcək nəsillərə bir daha belə bir qanlı mirasın qalmaması üçün bu gün daha qətiyyətlidir. Çünki azad Qarabağda həyat yenidən başlayır!
MİA.AZ
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."