Türkiyə-Yunanıstan nümayəndə heyətləri görüşəcək

img

16-10-2023 [11:22]


Bu gün Türkiyə-Yunanıstan nümayəndə heyətləri arasında görüş olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oktyabrın 16-sı və 17-də Afinada Birgə Fəaliyyət Planı üzrə Görüş və Siyasi Məsləhətləşmələr keçiriləcək.

Məlumata görə, Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini səfir Burak Akçapar başçılıq edəcək.

Birgə Fəaliyyət Planı İclasında ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, səhiyyə, ətraf mühit və insan sahələrində əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlar nəzərdən keçiriləcək.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR