İsrail: "7 oktyabr hücumlarına rəhbərlik edən fələstinli komandir öldürüldü"

img

14-10-2023 [14:35]


"7 oktyabrda İsrailə hücuma rəhbərlik edən fələstinli komandir öldürülüb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Qəzza zolağından İsrail tərəfinə hücumlara rəhbərlik etdiyi HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının yüksək rütbəli komandirlərindən biri Əli əl-Qadi öldürülüb. "Qəssam Briqadalarının "Nuhbe" (xüsusi təyinatlı) bölməsinin komandiri Qadi hava zərbəsi ilə məhv edilib".

İsrail ordusu hava hücumunun görüntülərini də mətbuatla paylaşıb.

Tahir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR