Baş nazirin Qəzzada mühasirədə qalan qayınanası video yaydı: "Bu, mənim son sözlərimdir, əlvida!" - VİDEO

img

13-10-2023 [16:40]


Qəzzada bombardman altında qalan Şotlandiyanın Baş naziri Həmzə Yusifin qayınanası Elizabeth El-Nakla göz yaşları içində video yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun videosunu Baş nazir X sosial media hesabından paylaşıb.

Elizabeth El-Nakla göz yaşlarına hakim ola bilmədiyi video-çıxışda deyir: "Bu, mənim son videom olacaq. Qəzzadan olan hər kəs bizim olduğumuz yerə doğru irəliləyir. Bir milyon insan. Yemək yox, su yoxdur. Və hələ də gedərkən onları bombalayırlar. Onları hara yerləşəcək? Amma qızlar, bütün bunlar, xəstəxanada olan insanlar evakuasiya oluna bilmir. Bəşəriyyət nə deyir? susur. Hanı dünya? İndiki zamanda buna necə yol verirlər axı? Allah köməyimiz olsun. Əlvida".

Bu görüntülü çıxışı səhifəsində paylaşan Baş nazir bildirib ki, bu qadın onun qayınanasıdır: "O, həm də Şotlandiyada yaşayan, ora atasını görmək üçün gedən təqaüdçü tibb bacısı Elizabeth El-Nakladır. Qəzzada olan insanların böyük əksəriyyəti kimi, onun da HƏMAS-la heç bir əlaqəsi yoxdur. Ona Qəzzanı tərk etməsi deyilib, amma bütün əhali kimi, onun da gedəcək yeri olmadığı üçün tələyə sıxılmış vəziyyətdədir".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR