Ersin Tatar və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Fəxri və Şəhidlər xiyabanılarını ziyarət ediblər

img

13-10-2023 [09:29]


Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Mia.az xəbər verir ki, fəxri qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Şimali Kipr Türk Respublikasının Prezidenti həmçinin xatirə dəftərinə də ürək sözlərini yazıb.

Eyni zamanda fəxri qonaq "Türk şəhidliyi" abidəsini də ziyarət edib.

***

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Mia.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR