İsrailli nazir: "Əsirlər buraxılmayınca, Qəzzaya elektrik, su və yanacaq verilməyəcək"

img

12-10-2023 [11:58]


"İsrailli əsirlər evlərinə qayıtmayınca, Qəzzaya elektrik, su və yanacaq verilməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin energetika naziri İsrael Katz söyləyib.

Onun İsrail Tv-lərinə müsahibəsində "Qəzzaya su-işıq və digər humanitar yardım olunacaq?" sualına belə cavab verib: "Qəzzaya humanitar yardım? İsrailli əsirlər evlərinə sağ qayıdana qədər elektrik açarları açılmayacaq, su kranları açılmayacaq və yanacaq daşıyan maşınlar oraya girməyəcək". 

Nazir İsrailin Qəzzada silahlı və ya mülki olmasından asılı olmayaraq, bütün şəhəri cəzalandırması barədə beynəlxalq təşkilatlaırn etirazı barədə sualı isə belə cavablandırıb: "İnsan olana qarşı insan kimi davranmaq olar. Heç kim bizə əxlaq dərsi verməsin".

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR