Ərdoğan araya girdi: HƏMAS girov götürülən israilli bir qadınla iki uşağı sərbəst buraxdı - FOTO

img

12-10-2023 [11:00]


Türkiyə İsrail və HƏMAS arasında gərginliyi azaltmaq və mülki əhalinin tələfatının qarşısını almaq üçün təşəbbüslər göstərməyə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, HƏMAS-ın saxladığı israilli girovların azad olunması üçün konkret addımlar atan prezident Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Həmas rəsmiləri ilə görüşüb. 

Türkiyəı mətbuatı yazır ki, məhz bu görüşdə Ərdoğanın istəyi üzrə HƏMAS-ın silahlı qanadı Qəssam Briqadaları əsir götürdükləri israilli qadını və iki uşağını sərbəst buraxıblar. 

Məlumata görə, “Əl-Cəzirə” kanalı qadın və uşaqlaırnın sərbəst buraxılmasının görüntülərini də yayıb.

Həmin süjetdə də Ərdoğanın rolu xüsusi qabardılıb.

Firudun Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR