Stoltenberq: "İsrailin özünü müdafiə haqqı var, ancaq..."

img

12-10-2023 [00:21]


NATO-nun baş katibi Yens Stoltenberq bu gün NATO Müdafiə Nazirləri Toplantısının ilk günün iclasının sonunda mətbuat konfransı keçirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail-Fələstin münaqişəsinin bölgəyə sıçramasından narahat olub-olmaması ilə bağlı suala cavab verən Stoltenberqin sözlərinə görə, İsrail həftə sonu terror hücumlarına məruz qalıb: "Bu hücumla İsraildə günahsız insanlar həyatını itirib. Əlbəttə, İsrailin bu cür terror hücumlarına qarşı özünü müdafiə etmək hüququ var".

Stoltenberq İsrailin 5 gündə Qəzzanı darmadağın etməsinə toxunan baş katib bildirib ki, İsrailin cavabının mütənasib olmasını gözləyir: "Bu münaqişə davam edərkən İsrailin günahsız mülki insanların ölümünün qarşısını almaq üçün əlindən gələni etməsi vacibdir".

İsrailə düşmən olan ölkələrin mövcud vəziyyətdən istifadə etməməli olduğunu vurğulayan Stoltenberq əlavə edib ki, ABŞ bölgədəki hərbi varlığını artırıb: “Bu, münaqişənin genişlənməsinin qarşısını almaq üçün mühüm çəkindirici mesajdır”.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR