Pegasus da İsrailə uçuşları dayandırıb

img

11-10-2023 [09:08]


Pegasus Hava Yolları İsrail-Fələstin münaqişəsi səbəbiylə İsraildən və İsrailə uçuşları ikinci bir bildirişə qədər dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Pegasus" rəsmi məlumat yayıb.

Bildirilib ki, İsrailə və İsraildən gediş-gəliş üçünbilet alanlar istədiyi zaman həmin bileti geri qaytara və ya tarixini əlavə ödəniş etmədən dəyişə bilər.

Şirkət bu qərarın 31 oktyabra qədər qüvvədə olacağını bəyan edib: "Yeniliklər növbəti bildirişdə veriləcək".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA