Ali Məhkəmə jurnalist Pərviz Həşimliyə "yox" dedi

img

27-10-2015 [16:37]


Bu gün Ali Məhkəmə jurnalist Pərviz Həşimli barəsində hökmdən verilən kasasiya şikayətini təmin etməyib.

Pərviz Həşimlinin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, onlar MTN-də baş verən həbslərdən sonra Ali Məhkəmənin ədalətli qərar çıxaracağını gözləyirdilər: «MTN-nin həbs olunan əməkdaşlarının bir çox insanı şərlədiyi məlum olub. Elə Pərviz Həşimlini də şərləyiblər, amma Ali Məhkəmə hökmdən verdiyimiz şikayəti təmin etmədi».

Elçin Sadıqov Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR