Meksika ABŞ-a nota verəcək - Qubernatora görə

img

10-10-2023 [10:08]


"ABŞ-a diplomatik nota verəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.

Onun sözlərinə görə, Texas ştatının qubernatorunun sərhəddə ticarət prosesinə mane olmasıdır: "Texas qubernatoru Qreq Abbott sərhəddə ticarəti əngəlləyir. O, bizə düşmən münasibət bəsləyir. ABŞ yeni nəzarət-buraxılış məntəqələri yaradır, gömrükdə sərbəst keçidin qarşısını alır. Buna cavab olaraq, biz artıq diplomatik nota hazırlayırıq, çünki qubernator iqtisadi fəaliyyətləri və insan hərəkətini məhdudlaşdırır”. 

Lopez Obrador qubernatorun məsuliyyətsiz hərəkət etdiyini vurğulayaraq Texasda yaşayan meksikalılardan Abbotta səs verməməyi xahiş edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA