Türkiyədə 3 partiya funksioneri qandallandı - Səbəb

img

10-10-2023 [00:41]


Türkiyədə terror təşkilatı PKK/KCK-ya üzv olmaqda şübhəli bilinən HDP İzmir şəhər təşkilatının həmsədrləri Vedat Çınar Altan, Berna Çelik və Buca rayon sədri Nihat Türk qandallanıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adıçəkilənlərin sədrlik etdiyi partiya təşkilatının ofislərində aparılan axtarışlar zamanı isə PKK/KCK-ya, o cümlədən terrorçuların həbsdə olan lideri Abudulla Öcalana məxsus poster, o cümlədən çoxsaylı qanunsuz sənəd və digər dəlillər ələ keçirilib.

Məlumata görə, hər üç  partiya funksioneri haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA