Avstriya Fələstinə maliyyə yardımını dayandırıb

img

10-10-2023 [09:27]


Avstriya hökuməti HƏMAS və İsrail arasında savaşın çıxmasından sonra Fələstinə maliyyə yardımını dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstriya hökuməti məlumat yayıb.

Hökumətdən bildirilib ki, yaşanan vəziyyətə görə Fələstinə dəstək üçün ayrılmış 19 milyon avro maliyyə verilməyəcək.

Avstriyanın xarici işlər naziri Aleksander Şhallenberg O1 radiosuna deyib ki, ölkəsi Fələstinə bir çox layihələr üzrə dəstək verib: "Amma baş verənlərdən sonra bu layihələrin maliyyələşməsini dayandırmağa məcbur olduq".

Nazir bildirib ki, rəsmi Vyana bölgədə vəziyyətin yaxşılaşacağını düşünmür: "Əksinə, daha da pisləşəcəyi gözlənilir. Belə bir durumda bölgədə sivil layihələrin həyata keçirilməsi belə mümkün deyil"0

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA