Keçmiş ər-arvadlar bu dəfə serialda ər-arvad roluna dəvət alıblar

img

10-10-2023 [09:05]


“Arka Sokaklar” serialından daha çox tanınan məşhur aktyor Şevket Çoruh keçmiş həyat yoldaşı ilə yeni seriala çəkilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor FOX TV-də yayımlanacaq "Korkma Ben Yanındayam" serialında keçmiş həyat yoldaşı Günay Karacaoğlu ilə ər-arvad obrazını canlandıracaq.

Məlumata görə, 1993-2004-cü illərdə Çoruhla evli olan aktrisa Günay Karacaoğlu da serialla müqavilə imzalayıb: "Serialda Şevkət Çoruh "Nihat Feneri", Günay Karacaoğlu isə "Seher" obrazını canlandıracaq. Əsl maraq doğuran hal isə keçmişdə ər-arvad olan cütlüyün serialda da ər-arvad rolunu oynaması olacaq".

Xatırladaq ki, evliliklərindən bir qızı olan Günay Karacaoğlu və Şevkət Çoruh boşandıqdan sonra dost olaraq qalıblar. İkili uzun illərdir ki, “Baba Sahne”də birgə işləyir. Şevket Çoruh 2018-ci ildə Özge Turna ilə, Günay Karacaoğlu 2022-ci ildə professor Saadettin Eskiçorapçı ilə ailə qurub.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq