Rusiya MN: "Krım yarımadasına irəliləyən Ukraynanın pilotsuz dəniz katerini məhv etdik"

img

06-10-2023 [15:21]


"Krım yarımadasına doğru irəliləyən Ukraynanın pilotsuz dəniz katerini məhv etdik".

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Qara dənizdə Krıma doğru - Rusiya donanmasına qarşı hücuma keçən pilotsuz kater məhv ediliib: “Oktyabrın 6-da Moskva vaxtı ilə saat 10.45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Onların donamamamıza qarşı hərəkətə gətirilən pilotsuz kateri Rusiya Qara Dəniz Donanmasının Ka-29 helkipteri tərəfindən aşkarlanaraq məhv edilib".

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA