İsrail qüvvələri fələstinlilər arasında toqquşma: 2 fələstinli öldürülüb, yaralılar var

img

05-10-2023 [11:19]


İsrail ordusu ilə fələstinlilər iarasında işğal altındakı İordan çayının qərb sahilində toqquşma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, toqquşma zamanı İsrail qüvvələri 2 fələstinli öldürüb, 3-nü isə yaralayıb.

Məlumata görə, hadisə İsrail əsgərlərinin ərazidə apardığı reyd zamanı baş verib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail əsgərlərinin hücumuna məruz qalan 23 yaşlı Abdurrahman Faris Muhammed Ata və 27 yaşlı Huzeyfe Admam Muhammed Faris həyatını itirib.

Firudun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA