Bakıda beynəlxalq caz festivalı keçiriləcək

img

05-10-2023 [11:10]


Oktyabrın 6-da XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Mia.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da olduqca zəngindir. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.

Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramları ilə çıxış edəcəklər.

Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.

Builki caz şöləninin proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Gremmi” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun "Cazın ağ quşları" sərgisi də proqrama daxildir.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından (www.bakujazzfestival.com) əldə etmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR