Yaponiyada güclü zəlzələ oldu - 6.6 bal gücündə

img

05-10-2023 [10:31]


Yaponiyanın şərqindəki Torişima adasının sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayəb.

Agentlik əhaliyə xəbərdarlıq edib ki, zəlzələdən sonra bölgədə sunami təhlükəsi yaranıb: "Bu gün yerli vaxtla saat 11-00-da Sakit Okeanın Torişima adasının sahillərində 6,6 bal gücündə baş verən zəlzələdən sonra bölgə əhalisinə güclü sunami xəbərdarlığı edilib. Xəbərdarlığa əsasən, sunami dalğalarının saat 11.30-da İzu arxipelaqına, 11.50 radələrində isə Hachijooci adalarına çatacağı gözlənilir".

Onu da qeyd edək ki,  Arxipelaq inzibati cəhətdən Tokio ilə bağlıdır və paytaxtın cənubunda yerləşir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR