100 milyon mirasa sahiblənən deputat yoxa çıxıb

img

05-10-2023 [09:15]


İyun ayında vəfat edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi olan deputat Marta Fascina Berluskoninin vəsiyyətinə uyğun olaraq  100 milyon avro mirası aldıqdan sonra "gözlərdən itib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, artıq parlamentdə müzakirə olunmağa başlayıb.

Məlumata görə, vaxtilə Berluskoninin lideri olduğu "Forza Italia" partiyasından millət vəkili olan Fascina mirası aldıqdan sonra parlamentə belə ayaq basmayıb.

Parlamentdəki müxalif deputatlar isə buna görə onun istefasını tələb ediblər.

Xanım deputatın isə harada olduğu kiməsə bəlli deyil.

Tahir Şəlvəli

MİA.AZ
 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA