Hindistanda güclü sel: 14 nəfər ölüb, 120 nəfər itkin düşüb - Banqladeşdə fövqələdə vəziyyət elan olunub

img

05-10-2023 [00:06]


Hindistanda güclü yağış sel və daşqınlara səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 14 nəfər ölüb, 120 nəfər itkin düşüb.

Məlumata görə, itki düşənlərdən 23-ü hərbçidir.

Bu arada bölgədə artan yağışlar səbəbindən Banqladeşdə fövqələdə vəziyyət elan olunub.

Bildirilib ki, Qərbi Benqaliyadan 10 min insan təxliyə edilib. Ölkənin 9 fərqli bölgəsində düşərgələr qurulub.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA