Türkiyədən İrana qaçmaq istəyən 2 terrorçu öldürüldü - PKK-nın 15 şəhərdə daha 37 üzvü qandallandı

img

04-10-2023 [11:49]


Türkiyədə PKK ünsürlərinə qarşı fasiləsiz əməliyyatlar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

Daxili İşlər naziri bildirib ki, İstanbul, Van, Şanlıurfa, Elazığ, Düzce, Diyarbəkir, Bursa, Ədirnə, Kırklareli, Kilis, İğdır, Hatay, Adana, Kahramanmaraş və Dənizlidə keçirilən əməliyyatla 37 nəfər tutulub: "Əməliyyatlar çərçivəsində Ağrıda sərhədi keçərək qaçmağa çalışan və axtarışda olan 2 terrorçu isə zərərsizləşdirilib".

Nazir bəyan edib ki, terorçulara qarşı amansız mübarizə dayanmadan davam edəcək.

Firudun Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR