Məşhur müğənni şəhidin 6 aylıq övladını himayəyə götürüb - Açıqlama

img

03-10-2023 [16:22]


Oktyabrın 1-də Ankarada DİN binasına "bombalı hücum"a cəhd edən terrorçular tərəfindən qətlə yetirilən şəhid Mikayıl Bozlağanın 6 aylıq övladının təhsil həyatının bütün xərclərini məşhur müğənni, Ahbap dərnəyinin rəhbəri Haluk Levent öz üzərinə götürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Haluk Levent X (Twitter) hesabında paylaşım edib.

O, yazıb: "Şəhid Mikayıl qardaşımızdan qalan həyat yoldaşı və 6 aylıq uşağının ehtiyacını soruşanlar oldu. Öyrəndik ki, Daxili İşlər Nazirliyi hər şeyləri ilə maraqlanır. Biz də dərnək olaraq bir şeylərin ucundan tutmaq istədik.  

Uşağımızın təhsil həyatı boyu xərclərini qarşılamağa qərar verdik".

Ləman

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq