Məşhur rumın müğənni türk biznesmenlə evləndi: "O, məni tək qoymadı" 

img

03-10-2023 [13:01]


Dünya şöhrətli rumınyalı müğənni Otilia ötən gün Türkiyənin Antalya şəhərində konsert verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Merve Boluğurun keçmiş həyat yoldaşı, DJ Mert Aydınla birgə səhnədə yer alan çıxan Otilia mahnısını ifa etdikdən sonra "Bura artıq mənim də vətənimdir" deyərək, müjdəli xəbəri tamaşaçılarla paylaşıb: "Türkiyə mənim  ikinci vətənimdir. Mən Bəkir Ali Karakaşla evlənmişəm. Evləndikdən sonra həyat yoldaşım ilk konsertimdə məni tək qoymadı. Ona və Mert Aydına təşəkkür edirəm".

Xatırladaq ki, müğənni hələ avqust ayında bir nəfərin əlini tutduğu fotosunu İnstagram-dakı səhifəsində paylaşaraq evlənmək anonsu vermişdi.

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR