PKK-nın 18 şəhərdəki “hücrə"sinə qarşı əməliyyat: 90-a yaxın terrorçu saxlanııb

img

03-10-2023 [09:27]


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), Təhlükəsizlik Baş İdarəsi (EGM) və Şanlıurfa Baş Prokurorluğu PKK-ya qarşı ölkənin 18 şəhərində eyni anda  birgə əməliyyat keçiriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "yatan hücrə"lərə qarşı  Şanlıurfa, İstanbul, Antalya, Adana, Bursa, Diyarbakır, Qaziantep, Mardin, Mersin, Dənizli, Konya, Kayseri, Batman, Isparta, Balıkəsir, Şırnak, Kocaeli və Amasyada keçirilən əməliyyatla PKK-nın 90-a yaxın üzvü saxlanılıb.

Məlumata görə, onların arasında PKK-nın "kəşfiyyat qolu"na daxil olanlar üstünlük təşkil edib.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA