İstanbul və Kırklarelidə terrorçulara qarşı əməliyyatı: 20 nəfər saxlanılıb

img

02-10-2023 [10:10]


Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında baş verən terrordan sonra ölkədə terrorçulara qarşı əməliyyat bir qədər də gücləndirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerkaya açıqlama verib.

O bildirib ki, İstanbul və Kırklarelidə PKK terror təşkilatına qarşı 37 fərqli ünvanda əməliyyatlar keçirilib.

Onun sözlərinə görə, əməliyyatla 20 nəfər saxlanılıb: "Saxlanılanlar arasında HDP-nin üzvləri, funksionerləri və yandaşları da var. İstanbulun 11 rayonunda, Kırklarelidə isə 26 fərqli ünvanda separatçı terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ümumilikdə 20 şübhəli tutulub".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA