İsveçdə mafiyalar arasında toqquşma: son 15 gündə 13 nəfər öldürülüb - Polis və ordu birgə əməliyyata başlayır

img

29-09-2023 [14:40]


İsveçdə bu il 44, son 15 gündə isə 13 nəfər cinayətkar qruplar arasında baş verən toqquşmalarda öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveç dövlət televiziyası - SVT məlumat yayıb.

Məlumata gərə, əhali nisbətinə görə Avropada son 5 ildə ən çox silahlı hücum və qətl törədilən ölkə olaraq ilk sırada yer tutan İsveçdə cinayət halları artıb: "Bu il kriminalar arasında atışma nəticəsində 44 qətl törədilib. Son 15 gündə 13 nəfər öldürülüb".

Televiziyada xalqa müraciət edən İsveçin baş naziri Ulf Kristersson hökumət, polis və ordunun mafiyalara qarşı birgə mübarizə aparacağını bəyan edib.

Firudin

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR