Pakistanda məscid yaxınlığında terror: 52 nəfər ölüb, xeyli yaralı var (Yenilənib)

img

29-09-2023 [17:20]


Pakistanda terro hadisəsi törədilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Məstunq bölgəsində Məhəmməd Peyğəmbərin (s) mövludu Mövlud Qəndili münasibətilə çoxlu insanların toplaşdığı Mədinə məscidi yaxınlığında bombalı hücum həyata keçirilib.

Məlumata görə, hadisə nəticəsidnə 52 nəfər həlak olub, 130-dan çox insan yaralanıb.

Hücum edən şəxsin polis maşınının yaxınlığında özünü partlatdığı bildirilir.

Hazırda bölgədə fövqəladə vəziyyət elan edilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

***

Son məlumata görə, ölənlərin sayı 83-ə çatıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA