Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək

img

28-09-2023 [17:34]


Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən Ermənistan müxalifəti sentyabrın 30-da İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır.

Bu barədə Ermənistan KİV-i aksiyaları əlaqələndirən milli komitəyə istinadən məlumat yayıb.

“Sentyabrın 30-da Milli Komitə Respublika Meydanında mitinq keçirəcək”, - məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanın mərkəzində tez-tez etiraz aksiyaları təşkil olunur. Etirazçılar Paşinyanın istefasını tələb edirlər. Vaxtaşırı etirazçılarla polis arasında toqquşmalar da baş verir. Son günlər polis onların kütləvi həbslərinə başlayıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA