"Vaqner" və Mali əsgərlərini daşıyan təyyarə qəzaya uğradı: 140 nəfər həlak oldu - Hadisə anının VİDEOSU

img

28-09-2023 [14:49]


Ötən şənbə günü Rusiyanın muzdlu “Vaqner” qrupuna məxsus hərbi təyyarənin Malidəki Qao hava limanında uçuş-enmə zolağından çıxması nəticəsində ölənlərin sayı bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Vaqner”ə aid  “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 410 Mali və Vaqner əsgərləri həlak olublar.

Məlumata görə, enişdən sonra uçuş-enmə zolağında irəliləməyə davam edən təyyarə uçuş-enmə zolağından çıxaraq aşan yük təyyarəsi bir anın içində alovlanıb.

Xəbərdə deyilir ki, qəzada ölənlər arasında rus pilotlaır da var: "Qəzaya  təyyarənin yanacaq çənindəki nasazlıq səbəb olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb".

Xatırladaq ki, Malidəki Qao hava limanından Mali əsgərləri, Vaqner muzdluları və BMT-nin sabitləşdirmə missiyasının hərbi personalı istifadə edir.

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA