NATO: "Bəzi bölgələrdə Ukrayna qüvvələri Rusiyanın müdafiəsini aşıb"

img

27-09-2023 [18:07]


NATO-nun baş katibi Yens Stoltenberq ABŞ istehsalı olan "M1 Abrams" tanklarının Ukraynaya gəlişindən məmnunluğunu ifadə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Stoltenberq  Latviyanın yeni baş naziri Evika Siliņa ilə NATO-nun mənzil-qərargahında baş tutan görüşdən sonra mətbuata açıqlamasında danışıb.

İclasda Ukraynadakı son vəziyyəti müzakirə etdiklərini bildirən Stoltenberq bildirib ki, Ukraynanın əks-hücumları davamlı irəliləyişlə davam edir: 

"Bəzi bölgələrdə Ukrayna qüvvələri Rusiyanın müdafiəsini aşıb, lakin Putinin hədəflərinin dəyişdiyinə dair heç bir əlamət görmürük. Ona görə də ən yaxşı yol Ukraynaya dəstəyimizi artırmaqdır”. 

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də "M1 Abrams" tanklarının ilk partiyasının  sentyabrın 25-də ölkəsinə gəldiyini açıqlayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR