PKK-nın iki tanınmış üzvü təslim olub - Nazirdən açıqlama

img

22-09-2023 [10:30]


İraqda gizlənən PKK-nın daha iki məsul şəxsi Türkiyəyə təslim olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

O bildiirb ki, Hakkari, Şanlıurfa, Muş, Antalya Jandarma Komandanlıqları, Jandarma Kəşfiyyat Müdirliyi və Təhlükəsizlik Qüvvələri PKK terrorçularına  qarşı dayanmadan mübarizə aparırlar: "Belə əməliyyatlar nəticəsində İraqda terror fəaliyyətində iştirak edən "Rosida" kod adlı Helin Özgören və "Hogir Armanç" kod adlı Özer Yıldırımın təhlükəsizlik qüvvələrinə təslim oldular. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz əzm və qətiyyətlə davam edəcək".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR