"Onları boğazlarından çıxaracağam" - Türk mafiya liderindən xəbərdarlıq (FOTO)

img

15-09-2023 [00:15]


Haqqında çoxsaylı cinayət işlərinə görə axtarışda olan və buna görə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) sığınan Türkiyə mafiyasının tanınmış liderlərindən Sedat Peker "memleketyoutube" adlı X (Tviter) sosial media hesabından xəbərdarlıq mesajı yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, üstüörtülü şəkildə onu BƏƏ-yə sığınmağa məcbur edənləri təhdid edib.

Sedat Pekerin paylaşımı belə olub:  "Mənə bunu edənlərin xərda-xırda dişləmələrinə icazə verirəm. Onlar dişləməyə davam etsinlər... Amma sizə söz verirəm ki, o dişlədikləri mədələrinə çatmamış onları boğazlarından çıxarıb alacağam".

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq